Bank Of Baku

BAXCP yeni təşəbbüslə çıxış edib

BAXCP yeni təşəbbüslə çıxış edib
# 08 avqust 2011 10:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiyanın İdarə Heyəti Azərbaycan hökumətini İslam Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısını çağırmaq və bu yığıncaqda İran-Ermənistan, Türkiyə-Ermənistan iqtisadi əlaqələrini müzakirəyə çıxarmaq təşəbbüsü ilə çıxış edib.

Bununla əlaqədar İdarə Heyətinin açıqlamasında bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir: “Bu prosesdə vasitəçilik missiyasını yerinə yetirən dövlətlərdən biri – Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi kimi çıxış edir, digər iki dövlət – siyasi rəhbərliyi erməni diasporunun təzyiqi altında olan ABŞ və Fransa isə bəzi manipulyativ xarakterli davranışlar istisna olmaqla təcavüzkara açıq dəstək verir. Təcavüzkar ölkəni ayaq üstə saxlayan və mövcud status-kvonun qorunub-saxlanılmasına hərtərəfli dəstək verən ölkələrdən biri də Rusiyadır. Amma müsəlman İranın və Türkiyənin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biri kimi qəbul olunmalıdır”.

BAXCP ölkə ictimaiyyətini bu təşəbbüsü dəstəkləməyə, Azərbaycan hökumətini isə İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının çağırılması istiqamətində ciddi addımlar atmağa dəvət edib.

İdarə Heyətində İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının çağırılması üçün adıçəkilən qurumun baş katibinə müraciət edilməsi ilə bağlı qərar da qəbul olunub. Qəbul olunan digər qərarda isə Ermənistanla ticari-iqtisadi əlaqələrə son qoyulması üçün Türkiyə və İran ictimaiyyətinə müraciət ünvanlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR