Bank Of Baku

Səyavuş Novruzov: “Siyasi partiyaların fəaliyyətini tənzimləyəcək yeni qanunun qəbuluna ehtiyac var”

Səyavuş Novruzov: “Siyasi partiyaların fəaliyyətini tənzimləyəcək yeni qanunun qəbuluna ehtiyac var”
# 08 avqust 2011 10:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “ “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı YAP olaraq öz təkliflərimizi irəli sürmüşük. Venesiya Komissiyasında hazırda bu layihəyə rəy verilməsi üçün baxış keçirilir. Amma bütün hallarda son sözü Milli Məclis deyəcək. Hesab edirəm ki, həqiqətən də, bu sahədə yeni bir qanunun qəbul olunmasına zərurət var”. APA-nın məlumatına görə, bu açıqlamanı Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində partiyanın İcra Katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, bir çox partiyaların fəaliyyət istiqamətində islahatlara ehtiyac var. “Bu gün artıq parlamentdə fəaliyyət göstərən partiyalar formalaşıb, onlar yeni düşüncə tərzinə, dünya təcrübəsinə uyğun şəkildə öz strukturlarını qurur, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər. Amma partiyalar var ki, yaradıldığı dövrdən elə necə olublarsa, elə də qalıblar”.

O, bu partiyaları öz tərkiblərinə baxmağa, islahatlar aparmağa çağırıb: “Bu gün ölkədə 50-dən çox partiya qeydiyyatdan keçib. Ümumilikdə isə 100-ə qədər partiya fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyəti öz qarşısına qoyduğu məqsədlə deyil, sırf qəzet üzərində və ya bəyanatlarla çıxış etməkdən başqa hər hansı bir funksiyanı həyata keçirmir. Amma dünyada bu praktika mövcuddur, əgər hər hansı siyasi təşkilat fəaliyyət göstərmirsə, artıq onu partiya hesab etmək olmaz. Məsələn, Avropa Birliyinə daxil olan ölkələrin bəzilərində iki il hər hansı seçiklərdə iştirak etməyən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR