Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 08 avqust 2011 15:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda aprelin 2-də keçirilən aksiya zamanı saxlanılan müxalifətçilərin məhkəməsinin gedişinə etiraz edilib. Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Göyçay Rayon Məhkəməsində keçirilən prosesi haqda məlumat verilib. Toplantıda bu cür məhkəmələrin Azərbaycanın maraqlarına ciddi zərbə vurduğu da qeyd olunub.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Rusiya prezidenti Dmitri Medvedevin 2008-ci ildə Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü haqqında açıqlamaları müzakirə olunub. Divan D. Medvedevin mövqeyinin yolverilməz olduğunu qeyd etməklə yanaşı, həm də onun dediklərinin Rusiyanın regionu nəzarətdə saxlamaq üçün müstəqil dövlətlərə hərbi müdaxilədən çəkinmədiyinin sübutu kimi qiymətləndirib.

Suriyada baş verənlərə də münasibət bildirilib. Daha sonra yaxınlaşmaqda olan qlobal iqtisadi böhran və ölkə iqtisadiyyatı haqqında ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR