Bank Of Baku

BAXCP sədri İƏT-in baş katibi Ekmeleddin İhsanoğluna məktub göndərib

BAXCP sədri İƏT-in baş katibi Ekmeleddin İhsanoğluna məktub göndərib
# 10 avqust 2011 09:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmeleddin İhsanoğluna məktub göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Qüdrət Həsənquliyev İƏT-in diqqətini Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə, münaqişənin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyətinə, təcavüzkar ölkəyə qarşı sülhə məcburetmə mexanizmlərinin tətbiq olunmamasına yönəldib. Sənəddə bildirilib ki, bu prosesdə vasitəçilik missiyasını yerinə yetirən dövlətlərdən biri - Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi kimi çıxış edir: “Təşkilat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, eləcə də Xocalı soyqırımı ilə bağlı qətnamələrinə baxmayaraq, təşkilatın bəzi üzvləri nəinki təcavüzkara qarşı təzyiq xarakterli addımlar atmır, hətta işğalçı dövlətlə ticari-iqtisadi və siyasi əlaqələrini gündən-günə genişləndirirlər”.

Məktubda qeyd olunub ki, İƏT-in tam hüquqlu üzvləri olan müsəlman İranın və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla iqtisadi əlaqələrinin getdikcə inkişaf etməsi də təcavüzkar dövlətin aqressiv davranışlarını stimullaşdıran əsas amillərdən biridir: “Bu baxımdan hesab edirik ki, bu müqəddəs Ramazan günlərində İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısı çağırılmalı, bu toplantıda İran və Türkiyənin, eləcə də digər müsəlman dövlətlərinin Ermənistanla olan iqtisadi-ticari əlaqələrinə son qoyulması barədə məsələ müzakirəyə çıxarılmalıdır. Azərbaycan xalqının haqq işinə dəstək vermək, zülmə, təcavüzə qarşı öz müsəlman qardaşları ilə birgə dayanmaq isə hər bir müsəlmanın borcudur. Biz öz borcunu unutmayan bütün müsəlmanları, Tanrıya iman gətirən hər kəsi Azərbaycan xalqının haqq işinə dəstək verməyə cağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR