Fuad Ələsgərov: Azərbaycan prezidentinin insanpərvər və mərhəmətli addımından siyasi spekulyasiya məqsədilə istifadə edilməməlidir”
- Eks-prezident Ayaz Mütəllibov oğlunun vəfat etməsi ilə əlaqədar Azərbaycana qayıdıb. Onun Azərbaycana qayıtmasına ölkə rəhbərliyinin razılıq verməsi barədə məlumatlar hələ oğlu Azad Mütəllibov vəfat etməmişdən bir neçə gün əvvəl də mətbuatda səslənirdi.
- Doğrudur. Ayaz Mütəllibov hələ bir müddət əvvəl iyulun 22-də oğlunun ağır xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək ölkəyə qayıtmasına şərait yaradılmasını xahiş etmişdi.
Cənab Prezident ölkəmizdə formalaşmış dövlətçilik siyasətinin humanizm prinsipindən və xalqımızın milli adət-ənənələrindən çıxış edərək A. Mütəllibovun oğlunun ağır xəstəliyi ilə əlaqədar ölkəyə qayıtmasına razılıq verib. A. Mütəllibov həmin ərəfədə Azərbaycana gələ bilməyib, indi isə oğlunun vəfatı ilə əlaqədar Azərbaycana qayıdıb. Ona Rusiyadakı səfirliyimiz tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilib.
Ayaz Mütəllibov bu humanist addıma görə cənab Prezidentə öz minnətdarlığını bildirib.
- Ayaz Mütəllibov barəsində cinayət işinə xitam verilməyib. Mətbuatda ona qarşı ittihamların siyasi xarakter daşıdığı barədə fikirlər səslənir. Bununla bağlı nə deyə bilərsiniz?
- İlk növbədə onu qeyd etmək istərdim ki, milli adət-ənənəmizə uyğun olaraq Ayaz Mütəllibova oğlunun yas mərasimini yola vermək üçün şərait yaradılıb. İnsani baxımdan belə hüzn məqamında insanları öz dərdləri ilə baş-başa qoymaq daha məqsədəuyğun olardı. Belə hüzn məqamından və Azərbaycan Respublikası Prezidentinin bununla bağlı atdığı insanpərvər və mərhəmətli addımdan hər hansı siyasi spekulyasiya məqsədilə istifadə etmək ən azı milli dəyərlərimizə hörmətsizlikdir.
O ki, qaldı Ayaz Mütəllibov barəsindəki cinayət işinə, doğrudur, belə cinayət işi mövcuddur, həmin cinayət işi siyasi xarakter daşımır. Ayaz Mütəllibova qarşı Cinayət Məcəlləsinin konkret maddələri üzrə ittihamlar irəli sürülüb.
Vurğulamaq istərdim ki, Ayaz Mütəllibovun ittiham olunduğu 20 yanvar və Xocalı hadisələri ilə bağlı ilk cinayət işləri məhz AXCP–nin iqtidarda olduğu dövrdə başlanıb. O, həmçinin hakimiyyəti zorla ələ keçirməyə hazırlıqda və digər ağır cinayətlərin törədilməsində də ittiham olunur. Həmin cinayətlərə görə konkret şəxslər artıq məhkum olunublar.
Lakin Ayaz Mütəllibovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb.
- Keçmiş prezidentlər haqqında qanun qəbul olunarsa, Ayaz Mütəllibov cinayət məsuliyyətindən azad edilə bilərmi?
- 2009-cu ildə keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinə II hissə əlavə edilib. Həmin müddəaya əsasən əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilməlidir. Hazırda həmin qanun layihəsi üzərində iş aparılır. Qanun layihəsində hansı müddəaların, hansı təminatların nəzərdə tutulacağı barədə fikir yürütmək hələ tezdir.
Hazırlanan qanun layihəsində keçmiş prezidentlərin təhlükəsizliyinin təmin edilməsi, maddi, sosial və tibbi təminatı məsələləri, habelə prezident səlahiyyətlərinin həyata keçirilməsi zamanı etdikləri əməllərə görə cinayət və inzibati məsuliyyətə cəlb edilməmələri barədə müddəalar nəzər tutula bilər.
Müsahibənin sonunda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının həyata keçirdiyi siyasət ölkəmizdə sabitliyin, təhlükəsizliyin, vətəndaş sülhü şəraitində Azərbaycanın davamlı inkişafının təmin olunmasına, həmçinin cəmiyyətdə həmrəyliyə və harmoniyanın əldə edilməsinə yönəlib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam