Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib
# 10 avqust 2011 14:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.

İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal APA-ya bildirib ki, yığıncaqda qurumun növbəti sessiyasının vaxtı müəyyənləşib, ölkədəki ictimai-siyasi proseslər, o cümlədən keçmiş prezident Ayaz Mütəllibovla bağlı bəyanat qəbul olunub. Sessiyanın avqustun 27-də Müsavat Partiyasının qərargahında keçirilməsi qərara alınıb.

Yığıncaqda İP-in “Demokratiyaya yumşaq keçidinin - yol xəritəsi”nin avqustun 17-də ictimai müzakirəyə çıxarılması barədə qərar verilib. Müzakirəyə ölkədəki bütün siyasi qüvvələrin, o cümlədən Yeni Azərbaycan Partiyasının da dəvət olunması məqsədəuyğun sayılıb. Toplantıda Koordinasiya Şurası İP-in beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələsini də müzakirə edərək, prosesin davam etdirilməsini əhəmiyyətli hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR