Bank Of Baku

Ədalət Partiyası iranlı generalın bəyanatını iki ölkə arasında münasibətləri pozmağa yönəlmiş addım kimi dəyərləndirib

Ədalət Partiyası iranlı generalın bəyanatını iki ölkə arasında münasibətləri pozmağa yönəlmiş addım kimi dəyərləndirib
# 11 avqust 2011 14:30 (UTC +04:00)
Bakı-APA. İran ordusunun Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan prezidentini təhdid edən bəyanatı Ədalət Partiyası tərəfindən də etirazla qarşılanıb. Bu barədə APA-ya partiyanın mövqeyini açıqlayan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib ki, onlar iranlı generalın bəyanatını indilikdə daha çox İran-Azərbaycan münasibətlərini pozmağa yönəlmiş addımlar kimi qiymətləndirirlər: “Biz hələlik düşünmürük ki, bu bəyanat bütövlükdə İran dövlətinin mövqeyini əks etdirir. Çünki bu, dövlət siyasəti olsa, İran böyük yanlışlıq etmiş olar. Azərbaycan hakimiyyəti, konkret olaraq cənab prezident İlham Əliyev Qərbin çoxsaylı təzyiqlərinə baxmayaraq, indiyədək Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyib. Hətta bu məsələ Azərbaycan qanunvericiliyində də öz əksini tapıb. Halbuki, təkcə bizimlə düşmən münasibətlərində olan kafir Ermənistana verdiyi hər cür maddi-siyasi dəstəyə görə, özünü islam dövləti elan edən İranı ittiham etməyə Azərbaycanın daha çox haqqı və faktı var. Ancaq buna baxmayaraq, Azərbaycan tərəfi həmişə İrana ortaq din, dil və mədəniyyət birliyi, tarixi olan yaxın qonşusu kimi baxıb. Görünür, indi İranın içərisində hansısa qüvvələr əmələ gəlib ki, münasibətlərin bu cür qurulmasından narahatçılıq keçirirlər və qarşılıqlı əlaqələrdə məqsədli surətdə gərginlik yaratmağa çalışırlar”.

Baş Qərargah rəisinin bu bəyanatını daha çox İranın daxili ictimai rəyinə hesablanmış addım adlandıran Mütəllim Rəhimli bildirib ki, onlar İranın siyasi və dini rəhbərliyinin tezliklə yol verilən bu kobud səhvi aradan qaldıracaqlarına ümidlidirlər: “Əgər Iranın xarici siyasətini müəyyənləşdirən şəxslər, xüsusən də dini və siyasi rəhbərlik tezliklə yol verilən bu yanlışlığı düzəltməsələr, bu, İran dövlətinin Azərbaycanı təhdid siyasəti kimi qiymətləndirilə və hər ik ölkə arasında xoşagəlməz vəziyyətin yaranmasına səbəb ola bilər. Bundan da İslam dini yox, bu dinin gerçək düşmənləri daha çox faydalanacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR