Bank Of Baku

AMİP sədri Almaniyada cərrahiyyə əməliyyatı olunacaq

AMİP sədri Almaniyada cərrahiyyə əməliyyatı olunacaq
# 12 avqust 2011 09:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə əməliyyat olunmaq üçün Almaniyaya gedəcək.

Bu barədə APA-ya açıqlama verən Yusif Bağırzadə onurğa fəqərələrində üç disk yırtığı aşkarlandığını, Azərbaycanda əməliyyat olunmağı məqsədəuyğun hesab etmədiyini deyib. Buna görə də AMİP sədri Almaniyada əməliyyat olunmaq qərarına gəlib. Onun sözlərinə görə, yaxın günlərdə Almaniyaya getməsi ilə bağlı məsələ rəsmiləşəcək: “Hələlik gedəcəyim gün bəlli deyil. Bununla bağlı müvafiq sənəd Bakıya gələndən sonra Almaniyaya gedəcəyəm”. O, əməliyyat olunacağı xəstəxananın adını açıqlamayıb.

Y. Bağırzadə son 7-8 aydır bu xəstəlikdən əziyyət çəkdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR