Bank Of Baku

AXCP Rəyasət Heyətinin növbəti iclası keçirilib

AXCP Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 15 avqust 2011 12:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün AXCP Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət, İctimai Palatanın (İP) təşəbbüsü ilə keçirilən aksiyalarda saxlanılan şəxslərin işi ilə bağlı məhkəmə prosesləri, İP-in regional təşkilatlarının yaradılması məsələləri müzakirə olunub. Rəyasət Heyəti qərara alıb ki, müxalifətçilərin məhkəmə proseslərinin ictimailəşdirilməsi üçün istintaqın gedişi diqqətdə saxlanılsın. Həmçinin iclasda İP-in regional təşkilatlarının yaradılması işinin sürətləndirilməsi də vacib hesab edilib.

Rəyasət Heyəti AXCP Məclisinin növbəti yığıncağının avqustun 20-də keçirilməsinə dair də qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR