Bank Of Baku

Prezident İlham Əliyev Şabranda yenidən qurulmuş bir sıra obyektlərlə tanış olub

Prezident İlham Əliyev Şabranda yenidən qurulmuş bir sıra obyektlərlə tanış olub
# 15 avqust 2011 15:50 (UTC +04:00)
Şabran-APA. Avqustun 15-də Azərbaycan prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan və təmir edilən Şabran Mədəniyyət Sarayı ilə tanış olub. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, əvvəllər kinoteatr kimi fəaliyyət göstərən binanın əsaslı təmirinə 2007-ci ildən başlanılıb. Sahəsi 580 kvadratmetr olan sarayda aparılan yenidənqurma zamanı işlərin yüksək səviyyədə görülməsinə maksimum diqqət yetirilib.
Prezident İlham Əliyev sarayın foyesində yaradılan fotoguşələrlə, daha sonra Mədəniyyət Sarayının zalı ilə tanış olub. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar yaradılıb, rejissor pultu quraşdırılıb. Yenidən qurulan Şabran Mədəniyyət Sarayı mədəniyyət və incəsənət sevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də şəhərin görkəminə xüsusi gözəllik verir. 320 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, müasir akustika sistemi quraşdırılıb.
Prezident İlham Əliyev Şabranın “Xınayaxdı” folklor kollektivinin ifasında ədəbi-bədii kompozisiyaya tamaşa edib. Mədəniyyət Sarayı ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
Daha sonra prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanışlıqdan sonra yaxınlıqdakı Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında olub. Parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 0,7 hektara yaxın olan istirahət guşəsində yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb.
Sonra dövlət başçısı parkın yaxınlığında inşa edilən bulaq kompleksinə baxıb. Müasir üslubda inşa edilən bu kompleksdən şəhər əhalisi şollar suyu alır. Prezident İlham Əliyev “Şabran ilkin orta əsrlərdə” adlı fotostendlə də tanış olub. Respublikamızın digər bölgələri kimi, Şabran da qədim tarixi abidələri ilə tanınır. Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR