Bank Of Baku

Prezident İlham Əliyev Şabranda Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Şabranda Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib
# 15 avqust 2011 16:39 (UTC +04:00)
Şabran – APA. Avqustun 15-də Azərbaycan prezidenti İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.

APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, tədbirdə dövlət başçısına bildirilib ki, Zərifə Əliyeva küçəsində yerləşən mərkəzin tikintisinə 2010-cu ilin sonunda başlanılıb. İnşaat işləri bu il avqustun əvvəlində başa çatdırılıb. İkimərtəbəli mərkəz Şabranda uşaqların təlim və tərbiyəsinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə uşaqlar üçün “Nağıl otağı” yaradılıb.

Mərkəzin kitab fondu ilə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, burada 5 mindən artıq latın qrafikalı ədəbiyyat toplanıb. Bunlardan da 500-ə yaxını uşaq ədəbiyyatıdır. Birinci mərtəbədə abonent otağı da yaradılıb. Həm azyaşlı, həm də orta məktəb şagirdlərinin sifarişi burada qəbul olunacaq. Hazırda mərkəzin 2 minədək oxucusu var. Mərkəzin kitab sərgisində burada olan ədəbiyyatlardan nüsxələr yerləşdirilib.

Dövlət başçısına bildirilib ki, ikinci mərtəbədə informasiya-biblioqrafiya otağı yerləşir. Burada mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal, uşaqlar üçün tədris vasitələri, elektron vəsaitlər, öyrədici albomlar yerləşdirilib. Yardımçı fond da bu mərtəbədə yerləşir ki, burada ehtiyat ədəbiyyat nüsxələri saxlanılır.

Qeyd olunub ki, Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da müasir standartlara cavab verir. Elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb. Sistemin yaddaşına 707 adda 35 minədək kitab, dövri mətbuat, qəzet və jurnallar daxil edilib, dövri mətbuatın elektron kartotekası yaradılıb. Burada oxuculara onlayn xidmət də göstərilir.

Həmçinin, sistem vasitəsilə dövlət başçısının imzaladığı sərəncam, fərman və qanunların tam mətnindən ibarət baza yaradılıb. Ayrıca linkdə klassik və müasir əsərlərin, həmçinin uşaq ədəbiyyatına dair bir çox əsərlərin tam mətni oxucuların istifadəsinə verilib.

Bundanbaşqa, Mərkəzin ətrafındakı parklar yenidən qurulub, uşaqların və sakinlərin istirahəti üçün şərait daha da yaxşılaşdırılıb.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR