Prezident İlham Əliyev: “Bu gün Azərbaycan iqtisadi və sosial inkişaf templərinə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir”
Prezident bildirib ki, Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır. Bütün bölgələrdə canlanma, inkişaf var, konkret layihələr icra edilir. “Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın və bu istiqamətdə konkret addımlar atılıb. Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilmişdir, Bakıya gediş-gəliş çox rahatdır. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir və görüləcək”, o deyib.
Dövlət başçısı qeyd edib ki, rayonun elektrik enerjisi təchizatı ilə bağlı heç bir problem yoxdur. Qazlaşdırma proqramı icra edilir. Siyəzəndə bütün dövrlərdə qaz təchizatı başqa rayonlara nisbətən daha da yaxşı olub. “Ancaq qarşıya vəzifə qoymuşuq ki, bütün kəndlərə qaz xətləri çəkilsin. İndi bu istiqamətdə işlər görülür. İçməli su, kanalizasiya layihələrinin icrası ilə bağlı işlər gedir və bu proqram da demək olar ki, bütün bölgələri əhatə edir. İllər boyu yığılıb qalmış problemlər Azərbaycanda birdəfəlik həll olunmalıdır. İndi hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir, ya da ki, hazırlıq işləri aparılır”, o bildirib.
Sosial infrastrukturun yeniləşməsi ilə bağlı Siyəzən rayonunda müəyyən işlər görülüb. Bir neçə məktəb tikilib, təmir olunub. Növbəti illərdə ehtiyac olan məktəblərdə də təmir-bərpa işləri aparılmalıdır. Prezidentdə olan məlumata görə, iş yerlərinin yaradılması ilə bağlı Siyəzən rayonunda o qədər də ciddi problem yoxdur. Burada ənənəvi neft sənayesində işləyənlər kifayət qədər olub. Vaxtilə burada ulu öndərin rəhbərliyi ilə broyler fabriki yaradılmışdır. İndi o da, iş yerlərinin yaradılması üçün çox vacib funksiyaları icra edir. Ancaq Azərbaycanda əhalinin sayı artır və nə qədər yeni iş yerləri yaradılsa da, yenə də iş yerlərinin açılmasına ehtiyac var. Ona görə, biznes mühitinin yaxşılaşdırılması, biznesmenləri təşviq etmək, kreditlərin verilməsi, bütün başqa məsələlərin həlli üçün konkret proqramlar var.
“Biz Siyəzən rayonunun turizm imkanlarından da daha geniş şəkildə istifadə etməliyik. Bu rayonun özünəməxsus zəngin turizm potensialı vardır. Böyük dəniz zolağı, eyni zamanda, gözəl hava, dağlar. Azərbaycanda indi, demək olar ki, turizm üçün yararlı, əlverişli olan yerlərdə böyük komplekslər tikilir, otellər, istirahət zonaları, parklar yaradılır. Biz bu istiqamətdə də, əlbəttə ki, özəl sektoru bu işlərə daha çox cəlb etməliyik. Ancaq hamınız yaxşı bilirsiniz ki, infrastruktur olmadan turizmin inkişafı mümkün deyildir. Ona görə, hər bir yerdə, hər bir rayonda, ilk növbədə infrastruktur layihələri icra edilməli, yollar tikilməli, necə deyərlər, müasir memarlıq təcrübəsi tətbiq olunmalıdır. İndi rayonun gələcək inkişafı ilə bağlı mənə göstərilən stendlərdə əksini tapan təkliflər hesab edirəm ki, təqdirəlayiqdir”, prezident bildirib.
O vurğuladı ki, bütün bu işləri rayon ictimaiyyəti, icra nümayəndələri, dövlət rəhbərliyi birlikdə etməlidir. “Biz ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Bu gün Azərbaycan iqtisadi və sosial inkişaf templərinə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir”, İlham Əliyev deyib
O qeyd edib ki, indi bəzi ölkələrdə iqtisadi-maliyyə böhranının ikinci dalğası başlayıb. Azərbaycanda biz bunun tam əksini görürük. “Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Bu il həyata keçirilən pensiya islahatı nəticəsində 900 minə qədər pensiyaçının pensiyası orta hesabla 40 faiz artır”, o bildirib.
Prezidentin sözlərinə görə, inkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmayıb.
“Biz də böhrandan əziyyət çəkmişik. 2008-ci, 2009-cu, hətta 2010-cu illərdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizə də problemlər yaradıb. Ancaq biz bu vəziyyətdən çıxa bilmişik. Çünki biz artıq qeyri-neft sektorunun inkişafına nail olmuşuq. Əgər iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, bu ilin altı ayında qeyri-neft sektoru 6 faiz artıb. Yəni, bu rəqəmlər əlbəttə ki, statistika üçün göstəricidir. Ancaq bu rəqəmlərin arxasında gərgin iş, məqsədyönlü siyasət, strateji xəttimiz dayanır. Bütün bölgələrin inkişafı bizə imkan verir ki, ölkə hərtərəfli inkişaf etsin”.
Dövlət başçısı deyib ki, Siyəzən rayonu əhali baxımından böyük rayon deyil. Ancaq buna baxmayaraq, Siyəzən rayonuna da başqa, əhalisi çox olan rayonlara göstərilən qədər diqqət göstərilir. Bu gün görülən işlər bunun nümunəsidir. O qeyd etdib ki, indi bölgədə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb. O proqramın da təməli burada qoyulub, 2004-cü ildə bölgələrdə tikilən birinci xəstəxana Siyəzəndə olub və mən, yadımdadır, xəstəxananın açılışında iştirak etmişdim.
“Mən sizi ürəkdən salamlayıram və gələcək uğurlar arzulayıram. Rayon rəhbərliyinə yeni başçı təyin edilib. Ona bütün göstərişlər verilib ki, burada fəal işləsin, insanlarla daim təmasda olsun, insanların problemləri ilə yaşasın. Siyəzən rayonu qısa müddət ərzində Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevrilməlidir. Siz də, əlbəttə ki, bütün bu işlərdə fəal iştirak etməlisiniz”, prezident deyib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam