Bank Of Baku

Elmira Süleymanova: “Ştrasserin Azərbaycana səfərinin reallaşmasını həyata keçirmək ombudsmanın səlahiyyətində deyil”

Elmira Süleymanova: “Ştrasserin Azərbaycana səfərinin reallaşmasını həyata keçirmək ombudsmanın səlahiyyətində deyil”
# 16 avqust 2011 10:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin Azərbaycan səfəri ilə bağlı məsələdə təkidlə tələb yoxdur. Onlar təklif edirlər. Kimin dəvət olunması isə dövlətin səlahiyyətindədir”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Ombudsman Elmira Süleymanova verib. O deyib ki, K. Ştrasserin Azərbaycana səfərinin reallaşmasını həyata keçirmək ombudsmanın səlahiyyətində deyil: “Xarici siyasətə, ümumiyyətlə isə siyasətə müdaxilə etmək ombudsmanın vəzifəsinə aid deyil”.

Ombudsman Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdən və beynəlxalq təşkilatların nümayəndələrinin bu barədə açıqlamalarına da münasibətini bildirib: “Hansısa sahədə insan hüquqlarının qorunmasında problemin mövcudluğunu qəbul etmək olar. İş orasındadır ki, Azərbaycanı tənqid edən şəxslərin öz ölkələrində - Avropa dövlətlərində və ya digərlərində də kifayət qədər hüquq pozuntuları var. Bunu özləri də qəbul edirlər. Amma söhbət ondan gedir ki, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu xəttini əsas siyasi məqsəd kimi qarşısına qoyub. Əlbəttə inkişaf getdikcə yeni problemlər əmələ gəlir, çatışmazlıqlar diqqəti cəlb edir”.

E. Süleymanova ölkədəki insan hüquqları ilə bağlı vəziyyətin daima araşdırıldığını da söyləyib: “Bir sözlə işimizi ombudsman səlahiyyəti çərçivəsində qururuq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR