Bank Of Baku

Qurban Məmmədov: “Səkkiz partiya liderinin “Zirvə toplantısı”nın vaxtı və orada müzakirə olunacaq məsələlər təkbətək görüşlərdən sonra müəyyənləşəcək”

Qurban Məmmədov: “Səkkiz partiya liderinin “Zirvə toplantısı”nın vaxtı və orada müzakirə olunacaq məsələlər təkbətək görüşlərdən sonra müəyyənləşəcək”
# 19 avqust 2011 10:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Mən və Mirmahmud Mirəlioğlunun AXCP sədri Əli Kərimli ilə görüşündə mövqelər müəyyənləşib. Avqustun 24-də isə həmin formatda Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşümüz keçiriləcək. Bu görüşün nəticəsi olaraq Mirmahmud Mirəlioğlu digər 6 partiyanın rəhbərləri ilə müzakirələr aparacaq”.

Bu açıqlamanı APA-ya Vətəndaş Hərəkatı Forumunun nümayəndəsi Qurban Məmmədov verib. O deyib ki, bundan sonra müxalifətdə təmsil olunan 8 partiya liderinin “Zirvə toplantısı”nın vaxtı və orada müzakirə olunacaq məsələlər müəyyənləşəcək: “Nikbinəm və hesab edirəm ki, artıq müxalifət partiyalarının rəhbərləri öz məsuliyyətlərini dərk edirlər. Təbii ki, uzun müddətdir kənar qüvvələrin səyi nəticəsində müxalifət liderlərinin arasında şəxsi münasibətlər korlanıb, partiyalararası etimadsızlıq toxumu səpilib. Hər halda ümumi milli maraqların üstünlük təşkil edəcəyini tam əminəm. İnanıram ki, liderlər bütün umu-küsüləri, şəxsi narazılıqları kənara qoyub, bir araya gələ biləcəklər”.

Q. Məmmədov Milli Məclisdə təmsil olunan digər müxalifət partiyalarının bu toplantıya dəvət edilməməsinin səbəbləri barədə də danışıb: “Parlamentdə təmsil olunan müxalifət partiyalarından yalnız müzakirələrə qatılmaq üçün Ümid Partiyası dəvətli olub. Vətəndaş Həmrəyliyi və digər partiyalar nə İctimai Palatada, nə də mətbuat vasitəsilə müxalifətin inteqrasiyası prosesinə qoşulmayıb. Buna görə də onlara dəvət göndərməmişik. Onlar prosesə qatılmaq istəklərini bəyan etsinlər ki, biz də onları bu müzakirələrə dəvət edək. Hələlik isə belə bir açıqlama yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR