Bank Of Baku

Milli Məclisinin payız sessiyasında «Psixatriya yardımı haqqında» qanunun 20 maddəsinə dəyişikliklər ediləcək

Milli Məclisinin payız sessiyasında «Psixatriya yardımı haqqında» qanunun 20 maddəsinə dəyişikliklər ediləcək
# 19 avqust 2011 11:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin payız sessiyasında «Psixatriya yardımı haqqında» qanunun 20 maddəsinə 40-dan çox dəyişiklik ediləcək. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. M. Quliyevin sözlərinə görə, mövcud qanuna dəyişikliklər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında ediləcək. Artıq layihə müvafiq qurumlarla razılaşdırılıb və parlamentdədir.

Deputat bildirib ki, «Psixatriya yardımı haqqında» qanuna dəyişikliklər psixi xəstələrin hüquqi statusunun dəqiqləşdirilməsi və sosial şəraitlərinin yaxşılaşdırılması məqsədi daşıyır: «Burada əsas dəyişikliklərdən biri ruhi xəstə diaqnozunun təyini ilə bağlıdır. Qanuna təklif edilən dəyişikliyə görə, ruhi xəstə diaqnozu yalnız ixtisaslı psixiatrlar tərəfindən qoyula bilər. Bundan başqa, qanunda psixi xəstələrin hospitallaşdırılması ilə bağlı məsələlər də əksini tapıb».

Qanuna digər dəyişikliklər sırasında ruhi xəstələrin ombudsmanla görüşünə, müalicə müəssisələrində onların dini ayinlərini yerinə yetirmələrinə icazələrin verilməsi və müvafiq yerlərin ayrılması da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR