Bank Of Baku

BAXCP 18 oktyabr Müstəqillik Gününün istirahət günü kimi qeyd olunmasını təklif edib

BAXCP 18 oktyabr Müstəqillik Gününün istirahət günü kimi qeyd olunmasını təklif edib
# 22 avqust 2011 10:25 (UTC +04:00)
Bakı-APA. BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, iclasda ölkə daxili ictimai-siyasi vəziyyət, beynəlxalq, regional proseslər müzakirə olunub. Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünü yaşadığını vurğulayan BAXCP İdarə Heyəti bildirib ki, dövlətimizin müstəqilliyinin bərpası Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə mümkün olub. BAXCP İdarə Heyəti 18 oktyabr Müstəqillik Gününün istirahət günü kimi qeyd olunmasının vacibliyini önə çəkərək bu barədə Milli Məclisin növbəti sessiyasında qərar qəbul olunması barədə məsələ qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR