Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib
# 22 avqust 2011 15:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) toplantısı keçirilib. İP KŞ üzvü Ədalət Yusifovun APA-ya verdiyi məlumata görə, toplantıda əsasən “Demokratiyaya keçidin yol xəritəsi” layihəsi üzərində təkliflər əsasında iş aparılıb. Toplantıda İP-in sentyabr ayında mitinq keçirməsinin zəruriliyi vurğulanıb və bu məsələ ilə bağlı müzakirələr aparılıb.

Həmçinin İP-in avqustun 27-də keçiriləcək sessiyasının gündəliyi də müzakirə olunub və müzakirələrin İP KŞ-nin avqustun 24-də keçiriləcək toplantısında davam etdiriləcəyi qeyd edilib.

Qeyd edək ki, İP-in növbəti sessiyası avqustun 27-də Müsavat Partiyasının qərargahında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR