Bank Of Baku

Əhməd Oruc: “Kasıb itinin adını qızıl qoyan kimi bunlar da öz toplantısına “zirvə toplantısı” adını veriblər”

Əhməd Oruc: “Kasıb itinin adını qızıl qoyan kimi bunlar da öz toplantısına “zirvə toplantısı” adını veriblər”
# 23 avqust 2011 09:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Partiya liderlərinin “Zirvə toplantısı” adlandırılan toplantının keçirilməsi nəzərdə tutulduğu ilk vaxtlarda Vətəndaş Hərəkatı Forumunun nümayəndəsi İxtiyar Abdalov mənimlə də görüşdü. O, toplantıya qatılmağımla bağlı təkliflə çıxış edərək belə bir görüşün keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Ona bildirdim ki, “səkkiliyə” daxil olan partiyalara münasibətimiz birmənalı deyil. Yəni, onların bir çoxunu müxalifət partiyası hesab etmirik. Hakimiyyətin nəzarətində olan bu cür partiyaların rəhbərləri ilə tədbir keçirilməsini də düz saymırıq”. Bu açıqlamanı APA-ya Azadlıq Partiyasının sədri Əhməd Oruc verib. O, iştirak etməyəcəyi görüşə də münasibətini açıqlayıb: “Açığı, Azərbaycanın siyasi səhnəsində üzdə olan siyasi liderlərin böyük əksəriyyətində şəxsiyyət çatışmazlığı, dediyi sözə sahib durmamaq adəti var. Üzdə olan siyasi liderlərin 99 faizi zaman-zaman verdiyi bəyanatlardan çəkiliblər. Cinayətkar elan etdikləri, dövlətə xəyanətdə günahlandırdıqları adamı bir günün içində xilaskar adlandırıblar. Açığı, Azərbaycan siyasətçiləri arasında şəxsiyyət qıtlığının olması çox ciddi bir sindroma çevrilib. Ayrı-ayrı adamlar isə bunun əsl simvolu sayılır. “Səkkizliyin” içərisində müxalifət partiyası kimi AXCP və Müsavat Partiyası ilə müəyyən əməkdaşlıq edə bilərik”.

Ə. Oruc deyib ki, “səkkizlik” partiyaları liderlərinin görüşü ideyasını verənlər heç bir iş görməyən bacarıqsız şəxslərdir: “Kasıb itinin adını qızıl qoyan kimi bunlar da öz toplantısına “zirvə toplantısı” adını veriblər. Sonra, “yol xəritəsi”, “yaz hücumu”, “qış fısqırığı” və s. Bununla fəaliyyəti olmayan insanlar gündəmdə qalmağa çalışırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR