Bank Of Baku

Aydın Mirzəzadə: “Azərbaycan prezidentinin apardığı siyasət Ermənistanı çıxılmaz vəziyyətdə qoyub”

Aydın Mirzəzadə: “Azərbaycan prezidentinin apardığı siyasət Ermənistanı çıxılmaz vəziyyətdə qoyub”
# 23 avqust 2011 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə partiyanın saytına açıqlamasında deyib.

Millət vəkili bildirib ki, Ermənistan qarşısında güc görməyincə, heç vaxt öz işğalçı siyasətindən əl çəkməyəcək: “O başqa məsələ ki, Sərkisyan diplomatik qaydaları bilmir, beynəlxalq hüquq normaları ilə hesablaşmır. Ermənistanın rəsmi ideologiyası, rəsmi siyasəti iflasa uğrayıb. Sərkisyan erməni gəncləri radikal ideyalarla silahlandıraraq, onları xaricdəki erməni terrorçu qrupların yoluna atmağa cəhd edir. Azərbaycan prezidentinin apardığı siyasət Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Beynəlxalq layihələrdən kənarda qalan, sosial-iqtisadi vəziyyəti getdikcə pisləşən ölkə Azərbaycanın apardığı düzgün siyasət nəticəsində danışıqlarda pis vəziyyətə düşüb, dalana dirənib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR