Bank Of Baku

AXCP və Müsavat rəhbərliyi ADP ilə Ümid Partiyasının yeni təşkilat yaratması xəbərlərinə münasibət bildirib

AXCP və Müsavat rəhbərliyi ADP ilə Ümid Partiyasının yeni təşkilat yaratması xəbərlərinə münasibət bildirib
# 23 avqust 2011 12:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Mətbuatda yazılanlar əsasında hansısa yeni təşkilatın yaradılması faktı ortaya çıxmır. Bunlar sadəcə düşüncələrdir”. Bu sözləri APA-ya açıqlamasında İctimai Palatanın (İP) katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı ADP və Ümid Partiyasının “125-lər hərəkatı” adlı qurum yaratmasına münasibət bildirərkən deyib. O bildirib ki, əgər həqiqətən yeni hərəkat yaradılacaqsa və bu təşkilat millətin xeyrinə olacaqsa, onda yaradılsın: “Əgər millətin xeyrinə olacaqsa qabaqcadan uğurlar arzulayırıq. Hərəkat yaradıb sadəcə gündəmdə qalmaq istəyirlərsə, yenə də özləri bilər, Allah xeyirlərini versin. Amma yeni hərəkat müxalifətin zəiflənməsinə xidmət etməsin, ölkədə ciddi islahatlar aparılması istiqamətində İctimai Palatanın işlərinə mane olmasın. Bunu arzu edə bilərəm”.
İP üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə istənilən partiyaya İP-in qapısını açıq qoyduqlarını söyləyib: “Bu mövqeni qəbul etməyən, fərdi fəaliyyət göstərmək istəyən, yaxud digər siyasi qüvvələrlə birlikdə fəaliyyət göstərmək istəyən partiyalara da uğurlar arzulayırıq. Ümumi yanaşma ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində demokratikləşmə istiqamətində nə qədər çox siyasi partiya, vətəndaş cəmiyyəti institutunun nümayəndələri tərəfindən təşəbbüs göstərilərsə, bu, bir o qədər işin xeyrinədir. Ancaq biz uğurlu mexanizm kimi İctimai Palatanın görürük. Hesab edirik ki, indiki halda İP-dən kənarda uğurlu model hələlik yoxdur. Ona görə də bütün siyasi qüvvələri İctimai Palata çərçivəsində fəaliyyət göstərməyə və mübarizə aparmağa dəvət edirik. Bu dəvətimiz əvvəlki kimi indi də qüvvədədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR