Bank Of Baku

MSK bələdiyyə seçkilərində seçki fonduna pulların daxil olması və xərclənməsi ilə bağlı təlimata dəyişikliklər edib

MSK bələdiyyə seçkilərində seçki fonduna pulların daxil olması və xərclənməsi ilə bağlı təlimata dəyişikliklər edib
# 23 avqust 2011 13:24 (UTC +04:00)
APA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə qurumun 17 avqust 2011-ci il tarixli protokolu təsdiqlənib.

Gündəliyə daxil edilən məsələlərlə bağlı MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Daha sonra normativ xarakterli bəzi aktlara dəyişiklik edilib. Aktlar bələdiyyə seçkiləri ilə bağlı olub. O cümlədən, bələdiyyə seçkiləri zamanı seçki fonduna pulların daxil olması, pulların xərclənməsi ilə bağlı təlimata dəyişikliklər edilib.

İclasda 103 saylı Gədəbəy seçki dairəsinin seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR