Bank Of Baku

Azərbaycanda DSK sədrləri üçün kurslar keçiriləcək

Azərbaycanda DSK sədrləri üçün kurslar keçiriləcək
# 23 avqust 2011 13:55 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda dairə seçki komissiyasının (DSK) sədrləri üçün kurslar keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, kurslarda Milli Məclis də daxil olmaqla bir sıra ali dövlət orqanları və nazirliklərinin əməkdaşları çıxış edəcək.

M. Pənahov deyib ki, kurslar sentyabrın birinci yarısına qədər başa çatacaq.

Qeyd edək ki, bu ilin payızında Azərbaycanda 2009-cu ildə nəticələri ləğv edilmiş 9 bələdiyyə üzrə, həmçinin, boş qalan bələdiyyələrə seçkilər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR