Bank Of Baku

Azərbaycan müxalifət partiyaları təkrar və əlavə bələdiyyə seçkilərində iştiraka münasibət bildiriblər - SORĞU

Azərbaycan müxalifət partiyaları təkrar və əlavə bələdiyyə seçkilərində iştiraka münasibət bildiriblər - <font color=red>SORĞU</font>
# 24 avqust 2011 14:04 (UTC +04:00)
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında təmsil olunduğu partiyanın seçkiyə qatılıb-qatılmayacağı ilə bağlı konkret qərar vermədiyini bildirib: “Ona görə də indidən heç nə deyə bilmərəm. Bu məsələ Müsavat Divanının növbəti iclasında müzakirə olunacaq və ondan sonra müvafiq qərar veriləcək”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə təmsil olunduğu partiyanın təkrar və əlavə bələdiyyə seçkilərində iştirak etməyəcəyini deyib. F. Qəhrəmanlı bunu bələdiyyələrin statusunun aşağı olması və seçkilərin ədalətli keçirilməməsi ilə izah edib.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu isə APA-ya açıqlamasında KXCP-nin təkrar və əlavə bələdiyyə seçkilərinə qatılacağını deyib: “Artıq nəticələri ləğv olunmuş və ya hazırda boş olan bələdiyyələrin yerləşdiyi ərazilər üzrə rayon təşkilatlarımıza tapşırıqlarımızı vermişik. Biz 2009-cu ildə keçirilən bələdiyyə seçkisinə də qatılmışdıq, hazırda bizim müxtəlif rayonlarda bələdiyyə üzvü olan təmsilçilərimiz var. Hətta bələdiyyə sədri olanlar da var. Boş qalmış yerlərə keçirilən seçkilərlə bağlı partiyada müzakirələr aparılacaq”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə APA-ya deyib ki, rəhbəri olduğu partiya indiyə qədər keçirilən bütün seçkilərdə olduğu kimi, bu ilin payızında keçiriləcək təkrar və əlavə bələdiyyə seçkilərində də iştirak edəcək.

Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilmiş seçkilər 1718 bələdiyyəni əhatə edib. Seçkilər 108 seçki dairəsində keçirilib. Sonradan 9 bələdiyyə üzrə seçkinin nəticələri etibarsız sayılaraq ləğv edilib. Hazırda MSK seçki keçiriləcək digər bələdiyyələrin adlarının dəqiqləşdirilməsi işlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR