Bank Of Baku

İP Koordinasiya Şurası “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”ni təsdiqləyib

İP Koordinasiya Şurası “Demokratiyaya yumşaq keçidin yol xəritəsi”ni təsdiqləyib
# 24 avqust 2011 15:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) toplantısı keçirilib. Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın APA-ya verdiyi məlumata görə, toplantıda əsas müzakirə olunan məsələlərdən biri “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” layihəsinin son variantı olub. Müzakirələrdən sonra layihənin son variantı təsdiqlənib. Qərara alınıb ki, layihənin müzakirəsi İP-in avqustun 27-də keçiriləcək sessiyasının gündəliyinə salınsın və orada müzakirə edilərək təsdiq olunsun. Sənəd təsdiq olunduqdan sonra ölkə rəhbərliyinə, Milli Məclisə və digər dövlət qurumlarına göndəriləcək.

Toplantıda İP-in növbəti mitinqi ilə bağlı da məsələ müzakirə olunub və mitinqlərin keçirilməsinin zəruriliyi bildirilib. Məsələ İP-in avqustun 27-də keçirilən sessiyasında müzakirə olunacaq. Qeyd edək ki, İP-in növbəti sessiyası avqustun 27-də Müsavat Partiyasının qərargahında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR