Bank Of Baku

“İctimai Palatanın layihəsi “yol xəritəsi” statusunu daşıya bilməz” - SORĞU

“İctimai Palatanın layihəsi “yol xəritəsi” statusunu daşıya bilməz” - <font color=red>SORĞU</font>
# 25 avqust 2011 10:56 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, layihədəki ideyaların heç biri Azərbaycanda demokratiyaya keçid üçün önəm daşımır: “Bu layihə sənədi iki partiya tərəfindən hazırlandığından, “yol xəritəsi” statusunu daşıya bilməz. Bu, ən yaxşı halda Müsavatla AXCP-nin Azərbaycanda demokratikləşmə ilə bağlı strateji siyasətini özündə ifadə edən sənəd ola bilər. “Yol xəritəsi” isə o sənəd ola bilər ki, cəmiyyətin bütün tərəflərinin maraqlarını ifadə eləsin. İndiki halda biz də bundan fərqli bir “yol xəritəsi” hazırlayıb təqdim edə bilərik və deyərik ki, bu da ADP-nin “Demokratiyaya keçidin yol xəritəsi”dir. İkincisi, “yol xəritəsi” o halda hazırlanması zəruri sənədə çevrilir ki, hər hansı tərəf müəyyən bir razılaşmaya gəlir, müəyyən addımları atmaq üçün müəyyən bir qərar verir, onda “yol xəritəsi” də hazırlanıb təqdim olunur. “Yol xəritəsi” cəmiyyətin özündən tələb kimi çıxmalıdır ki, biz də onu təklif kimi verək. Axı cəmiyyət bu gün harasa hərəkət etmək istəmirsə, yerindən tərpənmək istəmirsə, bu “yol xəritəsi” də hərəkətlə bağlıdırsa, onda o nəyə lazımdır?”

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa APA-ya açıqlamasında İP-in “yol xəritəsi”nin real layihə olmadığını bildirib: “Bu, Azərbaycan reallığını tam əks etdirməyən, sadəcə İP-in özünün arzularını ifadə edən bir sənəddir. Uğur qazanacağını da düşünmürəm. Amma bütün hallarda müsbət addım kimi qiymətləndirirəm. O mənada ki, küçələrdə müxalifətin əsas qüvvəsini sıradan çıxarılmasına rəvac verməkdənsə, bu formada, yəni daha konstruktiv təkliflərlə çıxış edərək situasiyada təşəbbüsü götürmək cəhdləri var. Bu cəhdləri müsbət qiymətləndirirəm”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya açıqlamasında deyib ki, “yol xəritəsi”nə iqtidar və müxalifətin güclərinin bərabər olacağı halda vəziyyətdən çıxış üçün hakimiyyətin görəcəyi tədbirlərin siyahısı kimi baxıla bilər: “Amma Azərbaycanda müxalifət elə gücdə deyil ki, onun, xüsusən də İP-in təqdim etdiyi layihə hakimiyyət tərəfindən qiymətli bir sənəd kimi qəbul olunsun”.

İP-in hazırladığı “yol xəritəsi”ndə bəyəndiyi müddəaların olduğunu deyən Ə. Oruc layihəni təqdim edən liderlərə cəmiyyətin inamının olmadığını deyib: “Bu, onu göstərir ki, bu liderlərlə Azərbaycan cəmiyyətini yönəltmək, irəli aparmaq, ölkənin köklü problemlərini həll etmək olmaz. Düzdür, sənədi normal saymaq olar, amma o, real deyil. Hakimiyyət indiki halda o sənədi qəbul etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR