Bank Of Baku

Türkiyənin Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında keçiriləcək tədbir təxirə salınıb

Türkiyənin Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında keçiriləcək tədbir təxirə salınıb
# 25 avqust 2011 10:40 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq hər il təşkil olunan tədbirin təxirə salınma səbəbi, son günlər Türkiyədə baş vemiş qanlı terror hadisələridir: “Məhz son günlərdə ard-arda gələn şəhid xəbərləri və artan terror hadisələri səbəbi ilə Azərbaycanda 1992-ci ildən bəri hər il keçirilən və 1000-ə yaxın qonağın iştirak etdiyi 30 Avqust - Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü ilə bağlı tədbir bu il keçirilməyəcək. Bu hər şeydən əvvəl şəhidlərimizə və Türk millətinin mənəvi dəyərlərinə göstərilən sayğı, ehtiram və vəfadan irəli gəlir”.

Qeyd edək ki bu il, 89-cu il dönümü tamam olan 30 Avqust - Zəfər Bayramı ilə bağlı nəzərdə tutulan bütün bayram tədbirləri ləvğ olunub. Bu bayram şanlı Türk ordusunun Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında 30 Avqust 1922-ci il Dumlupınarda, Anadolu torpaqlarını işğal etməyə çalışanlar üzərində qazandığı tarixi qələbənin şərəfinə Türkiyədə hər il rəsmi bayram günü olaraq qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR