Bank Of Baku

Prezident Kürdəmir əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar sərəncam imzalayıb

Prezident Kürdəmir əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar sərəncam imzalayıb
# 26 avqust 2011 16:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən Kürdəmir rayonunda 5 min əhalinin yaşadığı Şahbəyli, Sor-Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 870 min manat məbləğində vəsait ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR