Bank Of Baku

Vidadi Mirkamal: “İctimai Palatanın sessiyasına, tədbirlərinə və məhkəmələrə getməyən şəxslər barədə tədbir görülməlidir”

Vidadi Mirkamal: “İctimai Palatanın sessiyasına, tədbirlərinə və məhkəmələrə getməyən şəxslər barədə tədbir görülməlidir”
# 27 avqust 2011 09:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Biz keçən toplantıda qərara aldıq ki, 2 aprel aksiyasında tutulanların məhkəməsi keçirilən zamanı məhkəmənin qarşısını mitinq sahəsinə çevirək. Ancaq bunu edə bildikmi? Yox, edə bilmədik”. APA-nın xəbərinə görə, bunu İctimai Palatanın (İP) sessiyasında İP-in Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib. O bildirib ki, İP-in 400 üzvü olmasına baxmayaraq, məhkəmədə cəmi 100 nəfər iştirak edir: “Onların da çoxu tutulanların yaxınıdır. Keçən dəfə məhkəmə qarşısında mitinq təklifini verənlər özləri məhkəməyə gəlmədilər”.

V. Mirkamal deyib ki, İP-in sessiyasına, tədbirlərinə və məhkəmələrə getməyən İP üzvləri barədə tədbirlər görülməlidir: “Bunun üçün monitorinq keçirilməlidir”.

V. Mirkamal İP-in regionlarda təşkilatlanma işlərinin davam etdirildiyin də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR