Bank Of Baku

Azərbaycanda deputatlığa keçmiş namizəd 3 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanda deputatlığa keçmiş namizəd 3 il müddətinə azadlıqdan məhrum edilib
# 27 avqust 2011 10:15 (UTC +04:00)
Vidadi İsgəndərovun vəkili Xalid Bağırovun APA-ya verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, V. İsgəndərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasından Vidadi İsgəndərov barəsində daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Mayın 2-də Vidadi İsgəndərova qeyd edilən maddələrlə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR