Bank Of Baku

İctimai Palatanın növbəti sessiyası keçirilib

İctimai Palatanın növbəti sessiyası keçirilib
# 27 avqust 2011 12:26 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib. APA-nın məlumatına görə, Müsavat Partiyasının qərargahında keçirilən iclasa İP Koordinasiya Şurasının (KŞ) üzvü Aqil Səmədbəyli sədrlik edib.

Sessiyanın gündəliyinə “Demokratiyaya Yumşaq Keçidin Yol Xəritəsi” layihəsi, həmçinin beynəlxalq aləm və ölkədə ictimai-siyasi vəziyyət və İctimai Palatanın vəzifələri məsələləri salınıb. İclasda İP KŞ üzvləri Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və başqaları çıxış edib.

Sessiyada “Demokratiyaya Yumşaq Keçidin Yol Xəritəsi” səsə qoyularaq qəbul edilib. Sənədin ölkə başçısına və Milli Məclisə təqdim olunması qərara alınıb.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR