Bank Of Baku

Məhkəmə 2 aprel aksiyasında həbs olunanlardan birinin vəkili barəsində cinayət işinin başlanması barədə qərar çıxarıb

Məhkəmə 2 aprel aksiyasında həbs olunanlardan birinin vəkili barəsində cinayət işinin başlanması barədə qərar çıxarıb
# 27 avqust 2011 13:41 (UTC +04:00)
Vəkil Elçin Namazovun APA-ya verdiyi xəbərə görə, prosesdə müdafiəçilər avqustun 22-də keçirilən məhkəmə iclasının protokolu ilə tanış olmaq üçün şərait yaradılması barədə vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib.

Elçin Namazovun sözlərinə görə, bundan sonra hakimə etirazla bağlı vəsatət verib: “Hakim hər proses mənimlə kobud rəftar edirdi. Mən də bununla bağlı hakimə etirazımı bildirdim. Müşavirdən sonra isə hakim mənim barəmdə cinayət işinin başlanması, Rüfət Hacıbəylinin vəkili kimi prosesdən kənarlaşdırılmağım və həmin qərarın prokurorluğa göndərilməsi barədə qərar verdi”.

Proses sentyabrın 2-də davam etdiriləcək.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR