Bank Of Baku

Masallıda din xadimləri, ağsaqqallar və ziyalılarla görüş keçirilib

Masallıda din  xadimləri, ağsaqqallar və ziyalılarla  görüş keçirilib
# 27 avqust 2011 18:09 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Avqustun 27-də Masallı Rayon İcra Hakimiyyətində (RİH) din xadimləri, ağsaqqallar və ziyalılarla görüş keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Qəzənfər Ağayev tədbir görüş iştirakçılarını Ramazan bayramı münasibətilə ilə təbrik edərək, son illər prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada, eləcə də Masallı rayonunda həyata keçirilən quruculuq işlərindən danışıb.
Bildirilib ki, son dövrlərdə rayon ərazisindəki yollara 42 km-dən çox asfalt döşənib, 5 yeni park salınıb, 30-a yaxın yeni məktəb binası tikilib, 5 məktəb əsaslı təmir olunub, 51 yaşayış məntəqəsi üzrə 17821 abonentin evinə təbii qazl verilib, mövcud ATS-lər tam elektronlaşdırılıb. Kənd təsərrüfatında da əldə olunan uğurlara toxunan natiq qeyd edib ki, görülmüş tədbirlər nəticəsində rayonda əkin sahələri xeyli genişləndirilib və 2011-ci ildə rayonun taxıl zəmilərindən rekord həddə-31 min tondan çox məhsul tədarük olunub. Digər sahələrdə də abadlıq və quruculuq işləri davam etdirilir.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov, din xadimi Mirəziz Seyidzadə və başqaları çıxış edərək Ramazan bayramı münasibətilə təşkil olunmuş bu görüşün faydasından, ölkəmizdə, eləcə də rayonda aparılan tikinti və quruculuq işlərinin əhəmiyyətindən danışıblar. Çıxışlarda həmçinin 3 ay ərzində iki dəfə-2 milyon və 3,5 milyon manat məbləğində pul vəsaitinin Masallı rayonunun sosial inkişafı üçün ayrılmasını Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin masallılara xüsusi diqqət və qayğısı kimi dəyərləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR