Bank Of Baku

BAXCP Türkiyənin Zəfər Bayramını qeyd edib

BAXCP Türkiyənin Zəfər Bayramını qeyd edib
# 30 avqust 2011 12:34 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 30 Avqust - Türkiyənin Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələr gününün 89-cu ildönümü münasibətilə tədbir keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP rəhbərliyi və partiya fəalları Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün Türkiyənin Bakıdakı səfirliyi qarşısındakı parkda yerləşən abidəsini ziyarət edib, əklil qoyublar.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edərək, bu günün qardaş Türkiyə Cümhuriyyətinin və bütövlükdə Türk Dünyasının tarixində böyük əhəmiyyətə malik olduğunu bildirdib.

Qeyd edək ki, 30 Avqust - Zəfər Bayramı şanlı türk ordusunun Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında Anadolu torpaqlarını ələ keçirməyə çalışan işğalçılar üzərində qələbəsi şərəfinə hər il qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR