Bank Of Baku

Azərbaycan İslam Partiyasının sədri və digərlərinin məhkəmə prosesi davam etdirilib

Azərbaycan İslam Partiyasının sədri və digərlərinin məhkəmə prosesi davam etdirilib
# 02 sentyabr 2011 10:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov, qayını Firdovsi Məmmədrzayev və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslər dövlət tərəfindən təyin olunan vəkillərdən imtina ediblər. Hakim isə bildirib ki, təqsirləndirilən şəxslər qəsdən prosesi uzadırlar. O, təqsirləndirilən şəxslərə yeni təyin olunan vəkillərlə müqavilə bağlamaq üçün vaxt verib. Proses sentyabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, ötən prosesdə təqsirləndirilən şəxslər məhkəməyə etiraz olaraq vəkillərdən və məhkəməyə gəlməkdən imtina ediblər. Lakin bu günə təyin olunan prosesdə təqsirləndirilən şəxslərin hər biri iştirak edib.

Onu da qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR