Bank Of Baku

Aprelin 2-də keçirilən razılaşdırılmamış aksiya zamanı saxlanılan 4 nəfərin məhkəməsi təxirə salınıb

Aprelin 2-də keçirilən razılaşdırılmamış aksiya zamanı saxlanılan 4 nəfərin məhkəməsi təxirə salınıb
# 02 sentyabr 2011 10:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. APA-nın xəbərinə görə, buna vəkillərdən birinin prosesə gəlməməsi səbəb olub. Məhkəmə prosesi sentyabrın 13-də davam etdiriləcək.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR