AMİP rəhbərliyi arasında narazılıq yaranıb
Ə. Orucov partiya rəhbərliyindəki şəxslərdən konkret kimləri tənqid etdiyini açıqlamasa da, deyib ki, AMİP-in verdiyi qərarlar partiyanın Nizamnaməsində göstərildiyi kimi kollegial olmalıdır: “Kollegiallıq qorunmalıdır və partiyadaxili geniş müzakirələr aparılmalıdır”.
AMİP Siyasi Şurasının üzvü, partiyanın sabiq baş katibi Fuad Muxtarov isə APA-ya açıqlamasında daha kəskin danışıb. O, partiyanın fəaliyyətinin sıfır səviyyəsində olduğunu vurğulayıb: “Görünən dağa nə bələdçi? İndi görünən odur ki, AMİP-in fəaliyyəti yoxdur. Adicə bir şeyi deyim, AMİP Siyasi Şurasının toplantısı axırıncı dəfə təxminən may ayında keçirilib. Əli Orucovun dedikləri ilə razılaşmamaq mümkün deyil”.
F. Muxtarov bu məsələlərlə əlaqədar rəhbərliyi günahlandırıb: “Partiyanın İctimai Palatadan gözlənilməz olaraq çıxması şübhəli idi. Bununla bağlı Siyasi Şura necə çağırıldı, Siyasi Şurada kvorum oldu-olmadı, bunlar araşdırılmalıdır. Partiyanın indiki sıfır fəaliyyətinə görə rəhbər və baş katib günahkardır. Siyasi Şuranın toplantısı sabaha, yəni sentyabrın 3-nə çağırılıb. Yəqin ki, rəhbərlikdən bu məsələlərlə bağlı hesabat tələb olunacaq”.
AMİP-in baş katibi Arzuxan Əlizadə APA-ya açıqlamasında özünün və AMİP-in ünvanına səsləndirilmiş ittihamlarla qətiyyən razılaşmadığını bildirib: “Hesab etmirəm ki, AMİP-də nə isə ciddi bir narahatçılıq var. Strukturlar fəaliyyət göstərir, öz yerindədir. Ola bilsin ki, Mərkəzi Şuranın toplanmasında gecikmə var, bu da obyektiv səbəblərlə bağlıdır. Üstəgəl, yay fəsli olduğundan partiya üzvləri, həmçinin rəhbərlikdə təmsil olunan şəxslər ölkədən kənarda olublar. Bununla belə partiya fəaliyyətini davam etdirir. Partiyanın beynəlxalq əlaqələri mövcuddur, partiya nümayəndələrinin xaricə səfərləri gözlənilir”.
A. Əlizadə ötən iki ay müddətində AMİP sədri Yusif Bağırzadənin səhhətində problem olduğunu da xatırladaraq, partiyada bundan başqa problemi olmadığını vurğulayıb.
O, F. Muxtarovun AMİP Siyasi Şurasının bir neçə aydır keçirilməməsi ilə bağlı iradına da münasibət açıqlayıb: “Fuad bəyin bu məsələ barədə açıqlama verməsini yersiz sayıram. Çünki o özü Siyasi Şuranın üzvü olsa da, uzun müddətdir əmək fəaliyyəti ilə əlaqədar partiyadan kənarda qalıb. Fuad Muxtarov BBC kanalının Azərbaycan xidmətində işləyir və bu iş onun partiya fəaliyyətinə mane olur. Ən azından bunu özü deyir. Bu səbəblərdən də Siyasi Şuranın axırıncı toplantılarında iştirak etməyib. Onun iclaslarda iştirak etməyə-etməyə belə açıqlamalar verməsi təəssüf doğurur”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO