Bank Of Baku

YAP Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar yazı müsabiqəsi keçirir

YAP Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar yazı müsabiqəsi keçirir
# 02 sentyabr 2011 14:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında “Müasir Azərbaycan-20” adlı yazı müsabiqəsi keçirəcək. APA-nın məlumatına görə, müsabiqədə yaşı 35-ə qədər olan hər bir Azərbaycan gənci iştirak edə bilər. Yazılar xüsusi olaraq yaradılmış münsiflər heyəti tərəfindən yoxlanacaq və qiymətləndiriləcək.

I yerin sahibi (1 nəfər) 1500 manat, II yerin sahibi (1 nəfər) 1000 manat və III yerin sahibi (1 nəfər) 500 manat məbləğində mükafat alacaq. 3 nəfərə isə 300 manat məbləğində həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub.

Qaliblərə həmçinin Yeni Azərbaycan Partiyasının xüsusi diplomları təqdim ediləcək.

Müsabiqəyə təqdim olunan bütün yazılar “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərində dərc olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR