Bank Of Baku

Azərbaycan prezidenti Buzovnadakı 33 və 125 saylı orta məktəblərin, 244 saylı uşaq bağçasının binalarında aparılan yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti Buzovnadakı 33 və 125 saylı orta məktəblərin, 244 saylı uşaq bağçasının binalarında aparılan yenidənqurma işləri ilə tanış olub
# 02 sentyabr 2011 15:36 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki 33 və 125 saylı orta məktəblərin, 244 saylı uşaq bağçasının binalarında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. APA-nın məlumatına görə, görülən işlərlə bağlı prezidentə məlumat verilib.

Bildirilib ki, 33 saylı məktəb 2002-ci ildə inşa edilib. 168 şagird yerlik məktəbdə 267 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Şagird sıxlığı nəzərə alınaraq 33 saylı məktəb üçün əlavə 200 şagird yerlik yeni korpus inşa edilib.

Sonra prezident 125 saylı orta məktəbdə olub. 340 şagird yerlik məktəbdə 555 şagirdin təhsil aldığı, dərslərin iki növbədə tədris olunduğu bildirilib. Məktəbdə şagird sıxlığı nəzərə alınaraq əlavə 6 sinif otağının inşa edildiyi qeyd olunub.

Daha sonra dövlət başçısı 244 saylı uşaq bağçasında həyata keçirilən əsaslı yenidənqurma işləri ilə tanış olub. Görülən işlər barədə ona məlumat verilib. Bildirilib ki, uşaq bağçasının binası qəza vəziyyətində olduğundan sökülərək yenidən inşa olunub. 60 uşaq üçün nəzərdə tutulan bağçada üç qrup fəaliyyət göstərəcək. İnşa olunmuş yeni binada ən müasir tələblərə uyğun bütün şərait yaradılacaq.

Görülən işlərlə yaxından tanış olan prezident müvafiq tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR