Bank Of Baku

MSK DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb

MSK DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb
# 05 sentyabr 2011 07:50 (UTC +04:00)
APA-nın məlumatına görə, kurslar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.

Açılış mərasimində MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iştirak ediblər.

Sentyabrın 11-nə qədər keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Daxili İşlər və Ədliyyə nazirliklərinin məsul şəxsləri, MSK-nın üzvləri, şöbə müdirləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.

Proqramın növbəti mərhələsi olaraq sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan prezidentinin sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR