Bank Of Baku

Zeynal Nağdəliyev: “Son seçki bir daha göstərdi ki, Azərbaycanda demokratik seçki keçirilməsi mümkündür”

Zeynal Nağdəliyev: “Son seçki bir daha göstərdi ki, Azərbaycanda demokratik seçki keçirilməsi mümkündür”
# 05 sentyabr 2011 08:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - “2003-cü illə müqayisədə Azərbaycanda seçkilər peşəkarlıq baxımından daha yüksək səviyyəli insanlar tərəfindən keçirilir”. APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin Zeynal Nağdəliyev deyib. O, nümunə kimi 2010-cu il parlament seçkilərini göstərib: “İlk dəfə idi ki, 125 seçki dairəsinin hamısında qüsursuz, problemsiz seçki keçirilirdi”.

Z. Nağdəliyev bildirib ki, hər dəfə seçki keçirərkən ötən dəfə buraxılan səhvlər, problemlər aradan qaldırılır: “Son seçki bir daha göstərdi ki, Azərbaycanda demokratik seçki keçirilməsi mümkündür. Buna həm seçkini keçirən şəxslər, həm də əhali hazırdır”.

Z. Nağdəliyev seçki məntəqələrində veb-kameraların quraşdırılmasının Azərbaycan prezidentinin diqqətində olduğunu söyləyib: “Məzahir Pənahov dedi ki, başqa ölkələr də bu nümunəni götürmək istəyir. Amma görək nümunə götürə biləcəklərmi?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR