Bank Of Baku

Ziyafət Əsgərov MSK-nın təşkil etdiyi kursda məruzə ilə çıxış edib

Ziyafət Əsgərov MSK-nın təşkil etdiyi kursda məruzə ilə çıxış edib
# 05 sentyabr 2011 09:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirir. APA-nın məlumatına görə, kursların ilk günündə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov “Siyasi partiyaların və siyasi partiya bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Sonra o, DSK sədrlərinin suallarını cavablandırıb.

MSK sədrinin müavini Natiq Məmmədov isə “Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması” mövzusunda çıxış edib.

Sentyabrın 11-dək davam edəcək kurslarda 125 DSK sədri iştirak edir. Kurslar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar təşkil olunub. Məqsəd sərəncama uyğun olaraq MSK-nın qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR