Bank Of Baku

ADP baş nazir Artur Rəsizadənin mövqeyini təqdir edib

ADP baş nazir Artur Rəsizadənin mövqeyini təqdir edib
# 05 sentyabr 2011 12:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Avqust ayı ərzində tətildə olan Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyəti bu gün ilk toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər müzakirə edilib.

İdarə Heyəti Cənubi Azərbaycanda Urmiya gölünün qurumasına İran hakimiyyətinin biganə münasibətinə etiraz edən Azərbaycan türklərinə qarşı aparılan repressiv siyasəti kəskin şəkildə pisləyərək, İran hakimiyyətini bu cür çirkin əməllərdən çəkinməyə, azəri türklərinə və Cənubi Azərbaycana qarşı bəslədiyi ögey münasibətə, azərbaycanlılara məxsus tarixi abidələrin dağıdılmasına son qoymağa çağırıb.

İdarə Heyəti Gürcüstan rəsmiləri tərəfindən səslənən Gürcüstan-Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması təşəbbüsünə də münasibət bildirib. İH hesab edir ki, müasir dünyada ölkələrin regional əməkdaşlığına mühüm əhəmiyyət verilir: “Bu baxımdan hətta Ermənistanın da iştirakı ilə belə bir konfederativ ailə yaranarsa, bu, regiona sülh və əmin-amanlıq gətirər, konfederasiyada təmsil olunacaq ölkələrin hər birinin təhlükəsizliyi təmin olunar və hər bir ölkənin iqtisadi inkişafına stimul verər”.

İdarə Heyəti MDB-nin 20 illik yubileyində Azərbaycan hökumətinin başçısı Artur Rəsizadənin mövqeyini təqdir edərək bu cür situasiyalarda digər dövlət rəsmilərinin də analoji mövqe sərgiləməsini arzuolunan sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR