Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 05 sentyabr 2011 13:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, toplantıda partiyanın qurultayına hazırlığın gedişi barədə məlumat, Nizamnamə və Proqrama dəyişikliklər haqqında təkliflər dinlənilib. Sonra İranda Urmiya gölünün qurudulmasının əleyhinə 27 avqustda başlayan, sentyabrın 3-də Təbriz və Urmiya başda olmaqla bir çox şəhərlərdə davam edən və on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları müzakirə olunub. Güneyli soydaşlarımızın fədakar mübarizəsi təqdir edilib, hərəkat iştirakçılarına qarşı tətbiq olunan zorakılıq hərəkətləri pislənib, həbs olunanların tezliklə azad olunması və beynəlxalq aləmin bu məsələyə diqqətinin artırılması məqsədəuyğun hesab edilib.

İclasda Müsavat Partiyasının 100 illiyinə həsr olunmuş tədbirlər də müzakirəyə çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR