Bank Of Baku

Müsavat Partiyası İran hakimiyyətinin zorakılıqlarını pisləyən bəyanat yayıb

Müsavat Partiyası İran hakimiyyətinin zorakılıqlarını pisləyən bəyanat yayıb
# 05 sentyabr 2011 13:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası İranda baş verən hadisələrlə bağlı bəyanat yayıb. Partiyadan APA-ya daxil olan bəyanatda deyilir ki, avqustun 27-də İranın bir sıra şəhərlərində Urmiya gölünün qurumasına İran hakimiyyətinin düşünülmüş şəkildə laqeyd münasibət göstərməsinə etiraz olaraq başlanan aksiyalar sentyabrın 3-də daha geniş vüsət alıb və Güney Azərbaycanın əksər şəhərlərini əhatə edib: “Urmiya gölünün quruması onun ətrafındakı bölgələrdə ekoloji fəlakətin yaranmasına səbəb ola və orada yaşayan milyonlarla insan öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qala bilər. Bu səbəbdən də yerli əhalinin və Güney Azərbaycanındakı soydaşlarımızın etiraz səsini qaldırması təbiidir və onların fədakar mübarizəsi bizdə qürur hissi yaradır”.

Müsavat Partiyası dinc aksiya iştirakçılarına qarşı İran hakimiyyət qüvvələrinin tətbiq etdiyi zorakılıqları pisləyir, həbs olunanların tezliklə azad olunmasını tələb edir, dünya dövlətlərinin və beynəlxalq təşkilatların bu məsələni daima diqqətdə saxlamasını məqsədəuyğun sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR