Bank Of Baku

Müsavat və AXCP funksionerlərinin məhkəmə prosesi davam etdirilib

Müsavat və AXCP funksionerlərinin məhkəmə prosesi davam etdirilib
# 05 sentyabr 2011 14:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Səbail Rayon Məhkəməsində İctimai Palatanın bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib.

Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, prosesdə müdafiə tərəfi audio və video çəkilişin aparılmasına icazə verilməsi, Tural Abbaslının girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb. T. Abbaslı prosesdə ifadə verməkdən imtina edib və bildirib ki, ittiham ona aydın deyil.

Prosesdə aksiya zamanı zərərçəkmiş polis əməkdaşı Mais Əliyev də ifadə verib. O, təqsirləndirilən şəxslərdən heç birini aksiya zamanı görmədiyini deyib.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb. Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində isə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR