Bank Of Baku

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar davam etdirilib

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar davam etdirilib
# 06 sentyabr 2011 09:26 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib. APA-nın məlumatına görə, kursların ikinci günü MSK sədri Məzahir Pənahov Azərbaycanda seçki mədəniyyətinin mövcudluğundan danışıb.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Seçki (referendum) prosesində aşkarlıq institutları, onların həyata keçirilməsində KİV-lərin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, dünyanın qədim və müasir seçki praktikasından danışıb.

Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov “Seçki prosesi iştirakçılarının hüquq və vəzifələri” mövzusunda çıxış edib.

Kursların ikinci günü “Yerli və beynəlxalq müşahidənin bəzi xüsusiyyətləri” mövzusunda seminarla davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR