Bank Of Baku

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri dairə seçki komissiyalarının sədrləri üçün mühazirə oxuyub

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri dairə seçki komissiyalarının sədrləri üçün mühazirə oxuyub
# 06 sentyabr 2011 14:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar bu gün Konstitusiya Məhkəməsində davam etdirilib.

APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 125 DSK sədri qarşısında “Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib.

MSK sədrinin müavini Natiq Məmmədovun iştirak etdiyi tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mövzu ilə bağlı DSK sədrlərinin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR