BAXCP sədri: “Bu od onların özlərini də yandırar, amma çox təəssüf ki, Azərbaycanı da yandıra bilər” - AÇIQLAMA
Q.Həsənquluyev deyib ki, Azərbaycanla bağlı yayılan məlumatların yayılmasında məqsəd qonşularıyla münasibətlərini gərginləşdirmək, Azərbaycanı təzyiqlər qarşısında qoymaq və bundan istifadə edərək öz şərtlərini qəbul etdirməkdən ibarətdir: “Bu şərtlər isə sirr deyil. Azərbaycanı Dağlıq Qarabağ məsələsində güzəştə sövq etmək istəyirlər. Buna baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməməlidir. İndiki və bundan sonra ola biləcək təzyiqlərdən, təhriklərdən çəkinməməli, qorxmamalıdır. Əksinə, bizim fikrimizcə, Azərbaycan danışıqlardan çıxmalıdır. Diplomatik təcrübədə bu geniş yayılmış bir formadır. Danışıqlar dalana dirənəndə, tərəflərin biri qeyri-konstruktiv mövqe nümayiş etdirəndə danışıqlar dayandırılır”.
BAXCP sədri hesab edir ki, “materiallar redaktə olunmasına baxmayaraq”, milli vətənpərvər qüvvələrin mövqeyinin Azərbaycan prezidenti tərəfindən də sərgiləndiyini «WikiLeaks» yaydığı teleqramlarda görünür: “Bu baxımdan düşünürəm ki, bu teleqramlar onu yayanların gözlədiyi effekti vermədi. Sadə vətəndaşlar gördülər ki, onların prezidentləri gizli danışıqlarda belə sıravi insanlarla eyni mövqedən çıxış edir, eyni düşüncəni bölüşür”.
Partiya sədri həmkarı, AXCP sədri Əli Kərimlinin «Ərəb dərsləri» adlı yazısına da münasibət bildirib. O deyib ki, Ə.Kərimlinin «Allahu-əkbər zalımlardan başqa heç kimi təhdid etmir» ifadəsi siyasi mübarizədə qalib gəlmək üçün bütün qüvvələrlə əməkdaşlığı özü üçün məqbul saymaq meyllərinin göstəricisidir: “Əlbəttə, Azərbaycanın müəyyən problemləri var. Qanunun aliliyi, insan haqları və demokratiya ilə bağlı problemlərimiz mövcuddur. Biz bu problemləri qaldırır, həll olunmasını istəyirik. Amma biz bu problemləri inqilabsız, təkamül yolu ilə aradan qaldırmalıyıq. İnsanlar maarifləndirilməli, inqilaba çağırılmamalıdır. Əli Kərimlinin yazısında təhlükəli meyllər var. «Allahu-əkbər» sədalarından dini-ekstremist qüvvələr də istifadə edirlər. Bu ifadədən istifadə edərək körpələrə, qadınlara, kimsəsiz, günahsız adamlara qarşı terror aktı həyata keçirirlər. «Allahu-əkbər» deyib terror aktı törədən, özünü partladan nə qədər insan görmüşük. Biz «Allahu-əkbər» deyib təyyarəni ABŞ-da ticarət mərkəzinə çırpanları da görmüşük. «Allahu-əkbər» deyən Əhmədinejadın Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın dövlət başçısının boyunu necə qucaqladığının şahidi olmuşuq. «Allahu-əkbər» sədaları altında Əfqanıstanda budda abidələrinin necə yerlə-yeksan edilməsi çoxlarının yadındadır. «Allahu-əkbər» sədaları altında İraqda məscidlərin partladıldığını, İranda və Əfqanıstanda narkotik ticarətinin çiçəkləndiyini də həmçinin...”
Q.Həsənquluyev Ə.Kərimlini insanların inancından və dindən siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edib: “Amma dini qüvvələr hakimiyyətə gəlsələr, birinci növbədə Əli Kərimlidən saqqal saxlamağı tələb edəcəklər. Əli Kərimli ciddi düşünməlidir ki, o zaman saqqal saxlaya biləcək, yoxsa yox? Hər bir siyasətçi hər hansı bir çağırış etməzdən öncə Azərbaycan xalqı qarşısında öz məsuliyyətini dərk etməlidir. Biz dindən siyasi məqsədlər üçün istifadənin xeyir gətirmədiyinin hər zaman şahidi olmuşuq. Bu səbəbdən də bizim Konstitusiyada qeyd olunub ki, din dövlətdən ayrıdır. Biz qonşu ölkələrdəki dindarların Ermənistanla ciddi siyasi-iqtisadi əlaqələr qurduğunu da gözəl bilirik, dindən siyasi məqsədlər üçün istifadə edənlərin insanları əsarət altında saxlamasını da... Əslində dindən siyasi məqsədlər üçün istifadə edənlər odla oynayırlar. Bu od onların özlərini də yandırar, amma çox təəssüf ki, Azərbaycanı da yandıra bilər”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO