Bank Of Baku

Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılacaq

Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılacaq
# 06 sentyabr 2011 16:02 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq Azərbaycan paytaxtında böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılmasını qərara alıb.

Bakı Şəhər İcra Hakimiyyətinə Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR