Bank Of Baku

Arif Rəhimzadə: “Bələdiyyələr öz fondlarındakı torpaqları satdıqlarına görə, büdcələrini formalaşdırmaqda çətinlik çəkirlər”

Arif Rəhimzadə: “Bələdiyyələr öz fondlarındakı torpaqları satdıqlarına görə, büdcələrini formalaşdırmaqda çətinlik çəkirlər”
# 07 sentyabr 2011 07:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda bələdiyyələr dövlətdən əlavə torpaq istəyirlər. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda çıxış edən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.

O bildirib ki, bələdiyyələr fondlarındakı torpaqları satdığından, hazırda büdcələrini formalaşdırmaqda çətinlik çəkirlər. Məhz dövlətdən də torpaq bu məqsədlə istənilir: “Bələdiyyələr gərək fəaliyyətini başqa üslubda qursunlar ki, büdcələrini formalaşdıra bilsinlər”.

A. Rəhimzadənin sözlərinə görə, respublika üzrə cəmi 7 bələdiyyə nəzərdə tutulan planı doldura bilib. O deyib ki, ölkədə 1718, bəzi mənbələrə görə isə 1722 bələdiyyə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR